“iPhone 18 Pro Max”-ın kamerası belə olacaq

“iPhone 18 Pro Max”-ın kamerası belə olacaq
Kateqoriya məlum deyil
T

“Apple”-ın sentyabrın ilk həftəsində təqdim etməyə hazırlaşdığı “iPhone 18” seriyası ilə bağlı yeni məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, iddialara görə, seriyanın ən premium modeli olan “iPhone 18 Pro Max” dəyişən diafraqmaya malik kamera sistemi ilə təchiz ediləcək. Bu texnologiyanın xüsusilə zəif işıqda çəkiliş və yaxınlaşdırma performansını yaxşılaşdıracağı bildirilir.

Məlumatlara əsasən, smartfon 6x optik yaxınlaşdırma və daha təkmil prizma telefoto obyektiv texnologiyası ilə də gündəmə gələ bilər.

Bundan başqa, kamera sistemi, ekran və batareya tutumu istisna olmaqla, “iPhone 18 Pro ilə Pro Max”modelləri arasında ciddi fərq olmayacağı iddia edilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR