Aİ Türkiyəyə şərt qoydu: Yeni müqavilələrlə Rusiya qazı gətirilməməlidir
Avropa İttifaqı (Aİ) Türkiyədən tələb edib ki, yeni müqavilələr çərçivəsində birlik ölkələrinə tədarük olunacaq qaz mənşəcə Rusiya qazı olmasın. Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Bloomberg agentliyinə müsahibəsində bildirib. Nazirin sözlərinə görə, Türkiyə Aİ-nin bu tələbini anlayışla qarşılayır və qəbul edir. Lakin türk rəsmiləri açıq şəkildə bəyan ediblər ki, Rusiya qazının əvəzlənməsi nə iqtisadi baxımdan, nə də mövcud resurslar baxımından qısa