Gökhan Özen ailə qurmağa hazırlaşır

Gökhan Özen ailə qurmağa hazırlaşır
Kateqoriya məlum deyil
T

2000-ci illərin məşhur pop müğənnilərindən olan Gökhan Özen bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, 46 yaşlı sənətçi bir müddətdir münasibətdə olduğu Naz Canbazla evlənmək qərarı verib. Özəl həyatını mediadan uzaq yaşamağa üstünlük verən Özen, münasibətini ilk dəfə 2025-ci ilin avqustunda sosial media hesabında paylaşdığı foto ilə ictimaiyyətə açıqlayıb.

Məlumata görə, məşhur müğənni sevgilisinə evlilik təklifi edib və Naz Canbazdan müsbət cavab alıb. Gökhan Özen nişan üzüyünün fotosunu sosial şəbəkə hesabında paylaşaraq, “Rəsmi olaraq nişanlandım” sözlərini yazıb.

Sənətçi paylaşımında daha sonra “Bu sadəcə bir üzük deyil... Bir söz, bir ömür...” ifadələrinə yer verib.

Qeyd edək ki, Gökhan Özen 2010-cu ildə Selen Sevigenlə ailə həyatı qurub. Cütlük 2016-cı ildə boşanıb. Bu evlilikdən onların Ada Deren və Derin Su adlı iki qızı dünyaya gəlib.

Mənsumə

Sfera.az

PAYLAŞ