"Mən olmasaydım, İsrail yerlə-yeksan olmuşdu" – Tramp

ABŞ Prezidenti Donald Tramp İsrail barəsində diqqətçəkən bəyanatlar verib. O, Vaşinqtonun dəstəyi olmadan Təl-Əvivin ağır nəticələrlə üzləşəcəyini bildirib.
Sfera.az xəbər verir ki, Tramp bu barədə ABŞ-nin "Axios" xəbər portalına verdiyi müsahibəsində danışıb.
O, İsrail və bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinə dair verdiyi şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini çəkib. İsrailin hərbi və siyasi potensialını qiymətləndirən Tramp Ağ Evin rolunu xüsusilə qabardıb. ABŞ-nin dəstəyi olmasaydı, İsrailin ciddi təhlükə altında qalacağını irəli sürən dövlət başçısı bunları söyləyib:
"Donald Tramp olmasaydı, İsrail yerlə-yeksan olmuşdu".
Baş nazir Benyamin Netanyahu ilə əlaqələrinə də toxunan Tramp, iki lider arasındakı dialoqun ümumən müsbət olduğunu vurğulayıb:
"Münasibətlərimiz yaxşıdır, lakin biz onları bir az daha ağlabatan səviyyədə saxlamalıyıq".
Qeyd edək ki, İsrail kabinetinin üzvləri Trampın bu tənqidlərini və xəbərdarlıqlarını yumşaltmağa, yaranan gərginliyi yatırtmağa çalışıblar.Müsahibə zamanı Trampa "İsrailin Livana hücum etməsinin qarşısını ala bilərsinizmi?" sualı da ünvanlanıb. ABŞ Prezidenti bu məsələdə təsir imkanlarının böyük olduğunu iddia edib:
"Bəli, bunu edəcəm. Mənə böyük hörmətləri var və dediyimi edərlər".
Trampın İsrail və regional siyasətlə bağlı bu bəyanatları ABŞ-nin Yaxın Şərqdəki rolu və Vaşinqton-Təl-Əviv xəttindəki güc balansı ətrafında yeni müzakirələrə yol açıb.
Bəsti Rəfizadə
