“Garip” filminin Fatoşu illər sonra ortaya çıxdı

Unudulmaz Yeşilçam filmlərindən biri olan “Garip”də Fatoş obrazını canlandıran Ece Alton uzun illərdən sonra yenidən gündəmə gəlib. 1986-cı ildə ekranlara çıxan film bu gün də türk kinosunun klassikləri sırasında yer alır və tamaşaçılar tərəfindən maraqla xatırlanır.
Sfera.az xəbər verir ki, filmdə Qarip obrazını canlandıran Kemal Sunal ilə birlikdə kamera qarşısına keçən Ece Alton uşaq yaşlarında göstərdiyi təbii ifası ilə böyük rəğbət qazanıb. “Garip” filmində canlandırdığı Fatoş obrazı onun karyerasında ən yaddaqalan rollardan biri hesab olunur və Yeşilçam tarixində iz buraxan uşaq obrazları sırasında göstərilir.
Uzun illərdir ekranlardan uzaq, sakit həyat sürən aktrisanın son görüntüləri sosial şəbəkələrdə yayılıb. Onun illər ərzindəki dəyişimi filmi izləyənlər tərəfindən maraqla qarşılanıb və güclü nostalji hissi yaradıb.
“Garip”i xatırlayan bir çox tamaşaçı Ece Altonun yenidən görünməsini həmin dövrün kino xatirələrini yenidən gündəmə gətirən diqqətçəkən hadisə kimi qiymətləndirib.
Mənsumə

