Türkiyədə elektrik istehsalında rekord: Bu sektorun payı 43 faizi keçdi
Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, may ayında ümumi aylıq elektrik enerjisi istehsalı 27,15 milyard kilovat-saat olub. Sfera.az xəbər verir ki, mayda su elektrik enerjisi istehsalı aylıq 11,71 milyard kilovat-saata çataraq yeni rekord həddə yüksəlib. Türkiyədə may ayında elektrik enerjisi istehsalının 43,1 faizi su elektrik stansiyalarından əldə edilib. Mayda külək enerjisi 2,39 milyard kilovat-saatla elektrik enerjisi istehsalının 8,8 faizini, günəş enerjisi