Aİ Türkiyəyə şərt qoydu: Yeni müqavilələrlə Rusiya qazı gətirilməməlidir

Aİ Türkiyəyə şərt qoydu: Yeni müqavilələrlə Rusiya qazı gətirilməməlidir
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Türkiyədən tələb edib ki, yeni müqavilələr çərçivəsində birlik ölkələrinə tədarük olunacaq qaz mənşəcə Rusiya qazı olmasın.

Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Bloomberg agentliyinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Türkiyə Aİ-nin bu tələbini anlayışla qarşılayır və qəbul edir. Lakin türk rəsmiləri açıq şəkildə bəyan ediblər ki, Rusiya qazının əvəzlənməsi nə iqtisadi baxımdan, nə də mövcud resurslar baxımından qısa müddətdə mümkün deyil.

Nəşr qeyd edir ki, hazırda “Qazprom”un ikinci ən böyük qaz alıcısı olan Türkiyə yeni tədarük müqavilələri ilə bağlı Rusiya şirkəti ilə danışıqlar aparır. Buna səbəb mövcud sazişlərin müddətinin başa çatmaq üzrə olmasıdır.

Xatırladaq ki, iyunun 17-dən Aİ-də Rusiyadan boru kəmərləri vasitəsilə qaz idxalına qoyulan qadağanın ilk mərhələsi qüvvəyə minib. Bu tədbir Rusiyanın enerji daşıyıcılarından mərhələli şəkildə imtina planı çərçivəsində həyata keçirilir.

Bundan əlavə, çərşənbə günündən etibarən Rusiya boru qazının qısamüddətli müqavilələr əsasında tədarükünə də qadağa tətbiq olunub.

İnci

PAYLAŞ