5000-ci ili gördüyünü deyən Zaman Səyahətçisindən şok iddialar

Edvard adlı bir kişi 3000 il sonra gələcəyə səyahət etdiyini iddia edir.
İnternetdə yayımlanan videoda kişi gələcək Los-Ancelesin tamamilə su altında qalmış şəklini göstərir.
Sfera.az bildirir ki, “Daily Star” qəzetinin məlumatına görə, özünü zaman səyahətçisi adlandıran şəxs gələcəkdən gəldiyini iddia edir və iddiasını təsdiqləyən bir fotoşəkil göstərir.
Həqiqətən də, buzlaqların əriməsinə səbəb olan iqlim dəyişikliyi səbəbindən okean səviyyələri tədricən yüksəlir. Ekoloqlar dünyanın böyük şəhərlərinin dağıdıcı daşqınlardan əziyyət çəkə biləcəyindən narahatdırlar.
Edvard 5000-ci ildən gələn zaman səyahətçisi olduğunu iddia edir. Paranormal hekayələr üzrə ixtisaslaşmış “YouTube” kanalı “Apex TV”yə verdiyi müsahibədə o, 2004-cü ildə gizli zaman səyahəti təcrübəsində iştirak etdiyini və 3000 il gələcəyə göndərildiyini açıqlayıb.
O, özünü gələcəkdə gördükdə şoka düşdüyünü deyir.
O, Los-Ancelesə endiyini, lakin şəhərin nəhəng bir su hövzəsinin altında olduğunu gördüyünü bildirib. Edvard həmçinin Los-Ancelesdəki bir laboratoriyada işləyərkən, guya ondan fotoşəkil çəkmək üçün zamana səyahət etməsi istənildiyini iddia edir.
Müsahibə boyunca onun üzü gizli qalıb və səsi dəyişdirilib (guya kimliyini qorumaq üçün).
"Sizə şoka düşəcək bir hekayə danışacağam və siz də təəccüblənəcəksiniz. Özümü bir yerdə tapdım. İnanılmaz idi. Nəhəng bir taxta platformada dayanmışdım. Evlər, binalar- hər şey ağacdan idi. Sonra başa düşdüm ki, bu, eyni şəhərdir, Los-Anceles, amma su altındadır"- deyə o bildirir.
Bundan əlavə, Edvard deyir ki, həmin şəhərdə yaşayan insanlarla danışıb. Onlar daşqının iqlim dəyişikliyi ilə bağlı olduğunu deyiblər.
Bu gün bir çox insan özünü zaman səyahətçisi adlandırır, lakin bunların heç biri təsdiqlənməyib. Sui-qəsd nəzəriyyələrinə baxmayaraq, zaman səyahəti təsdiqlənməmiş bir fenomen olaraq qalır. “NASA”ya görə isə Edvardın təsvir etdiyi zaman səyahəti "yalnız kitablarda və filmlərdə olur".
Aynil
