Hörmüzdə xüsusi mexanizm yaradılır: Gəmilər yeni qayda ilə keçəcək

Hörmüzdə xüsusi mexanizm yaradılır: Gəmilər yeni qayda ilə keçəcək
Kateqoriya məlum deyil
T

İsveçrənin Bürgenstok şəhərində keçirilən danışıqların iştirakçıları gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edəcək xüsusi mexanizm yaratmaq qərarına gəliblər.

Sfera.az İranın Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

Sayt diplomatın sözlərini sitat gətirib:

"Hörmüz boğazından gəmilərin təhlükəsiz üzməsini təmin edəcək bir mexanizm yaratmaq qərarı verilib".

Bəqai vurğulayıb ki, Tehranın mövqeyinə görə, yekun razılaşmanın hazırlanması üçün əsas şərt Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasıdır.

Onun sözlərinə görə, İran nümayəndə heyəti üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə yerinə yetirilməsini tələb edir ki, bu da İsrailin atəşkəsə riayət etməsinə də aiddir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ