Serenay Sarıkayadan yeni tətil görüntüləri

Kateqoriya məlum deyil
T
Türkiyəli aktrisa Serenay Sarıkaya ilə bağlı tətil fotoları sosial şəbəkələrdə yayılıb. Aktrisa istirahət zamanı paylaşdığı görüntülərlə yenidən diqqət mərkəzinə düşüb.
Sfera.az xəbər verir ki, son dövrlərdə Mert Demir ilə münasibəti ilə gündəmdə olan Sarıkaya həm şəxsi həyatı, həm də sosial media paylaşımları ilə tez-tez müzakirə olunur. O, eyni zamanda uğurlu aktyorluq karyerası ilə geniş tamaşaçı kütləsinə malikdir.
Havaların isinməsi ilə işindən fasilə götürərək tətilə yollanan aktrisanın son paylaşımında zebra naxışlı bikini seçimi diqqət çəkib. Fotolar qısa müddətdə izləyicilər tərəfindən böyük maraqla qarşılanaraq minlərlə bəyənmə toplayıb.
Sarıkayanın yeni tətil görüntüləri sosial mediada yenidən gündəm olub.
Mənsumə


