Bu gün maraqlı təbiət hadisəsi yaşanacaq - Yerin 99 faizi...
Bu gün – 8 iyul tarixində Yer kürəsində nadir astronomik hadisə baş verəcək. Günün müəyyən anında dünya əhalisinin təxminən 99 faizi, yəni 8,2 milyard insan eyni vaxtda ya gündüz işığında, ya da alaqaranlıqda olacaq. Sfera.az xəbər verir ki, bu hadisə təxminən Azərbaycan vaxtı (UTC+4): 15:10 vaxtında baş verəcək və cəmi bir dəqiqəyə yaxın davam edəcək. Mütəxəssislərin bildirdiyinə görə, həmin anda Şimali Amerika, Cənubi Amerika, Avropa, Afrika və Asiyanın böyük hissəsində gündüz və ya