ABŞ-dən maraqlı davranış: İranı həm vurur, həm də danışıq istəyir

ABŞ-dən maraqlı davranış: İranı həm vurur, həm də danışıq istəyir
Kateqoriya məlum deyil
T

ABŞ İranla yekun razılığa gəlmək üçün danışıqları davam etdirmək istədiyi bildirilib.

Sfera.az xəbər verir ki, bunu ABŞ-nin İslam Respublikası ərazisinə zərbələr endirməyə başlamasından sonra "The Wall Street Journal" qəzetinə etibarlı mənbə deyib.

Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, İranın Hörmüz boğazındakı hərəkətləri qəbuledilməz hesab edilib və sərt cavab almağa layiqdir. Eyni zamanda, ABŞ rəsmisi qeyd edib ki, ABŞ yekun razılaşma üçün İranla danışıqları davam etdirəcək.

Qeyd edək ki, dünən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında üç gəmiyə İslam Respublikasının hücum etdiyini əsas gətirərək İrana qarşı bir sıra güclü zərbələrə başladığını bildirmişdi. İran ordusu isə ABŞ-nin Bəhreyndəki Şeyx İsa bölgəsində yerləşən hərbi bazaya zərbələr endirib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ