Məşhur müğənni 37 yaşında vəfat etdi

Məşhur müğənni 37 yaşında vəfat etdi
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur "Party Rock Anthem" mahnısı ilə milyonların sevgisini qazanan ingilis müğənni Lauren Bennett 37 yaşında dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, LMFAO qrupu ilə əməkdaşlığı sayəsində yaddaşlara həkk olunan sənətçinin qəfil vəfatı pərəstişkarlarını yasa boğub.

Gənc müğənninin ölüm səbəbi ilə bağlı hələlik rəsmi bir açıqlama verilməyib. Buna baxmayaraq, acı xəbərdən dərhal sonra sosial şəbəkələrdə musiqi dünyasının tanınmış simaları və minlərlə pərəstişkarı başsağlığı mesajları yayımlayıb.

Bennettin vaxtilə üzvü olduğu G.R.L. qrupunun digər üzvləri Emmalin, Nataşa və Paula sosial media hesablarında kədərlərini bu sözlərlə ifadə ediblər:

"Sevgili Laurenimizin vəfatını böyük bir üzüntüylə paylaşırıq. Qəlblərimiz qırıqdır, onu izah etməyə sözlər çatmır. Bizə miras qoyduğu sevgini, gülüşləri və saysız-hesabsız xatirələri sonsuza qədər ürəyimizdə yaşadacağıq".

Qeyd edək ki, G.R.L. qrupu 2015-ci ildə də üzvlərindən Simone Battlenin intiharı ilə ağır sarsıntı yaşayıb.

2007-ci ildə "Pussycat Dolls"un Avropa qolu olan "The Paradiso Girls" ilə səhnəyə addım atan Bennett, qrupun dağılmasından sonra solo layihələrə üstünlük verib. Onun LMFAO ilə birgə ərsəyə gətirdiyi "Party Rock Anthem" hiti “YouTube”da ən çox izlənilən videolar siyahısına düşərək qlobal fenomena çevrilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ