Nəzrin Cavadzadə bikinili fotoları ilə gündəm olub

Türkiyəli aktrisa Nəzrin Cavadzadə sosial media hesabında bikinidə çəkdirdiyi yeni fotolarını izləyiciləri ilə bölüşüb.
Sfera.az xəbər verir ki, “Daha 17” serialında canlandırdığı Şebnem obrazı ilə tanınan aktrisanın paylaşımı qısa müddətdə böyük maraq doğurub. İzləyicilər Cavadzadənin fit görünüşünü yüksək qiymətləndirərək ona çoxsaylı tərif dolu rəylər yazıblar.

Bu yaxınlarda ailə həyatı quran aktrisa hazırda istirahətini Bodrumda keçirir. Serial çəkilişləri üçün Bodruma yollanan Cavadzadə kiçik qara bikinidə obyektiv qarşısına keçərək bir neçə fotosessiya etdirib. Dəniz, qum və günəşdən zövq alan aktrisanın paylaşımı sosial şəbəkələrdə geniş müzakirə olunub.

Xatırladaq ki, Nəzrin Cavadzadə bir müddətdir münasibətdə olduğu Kadir Taner Uçar ilə Bodrumda sadə nikah mərasimi keçirib. Aktrisa daha əvvəl bu barədə danışarkən bildirib:

“Evlilik təklifindən bir ay sonra Bodrumda evləndik. Təklifi münasibətlərimizin altıncı ayında aldım. Əvvəlcə rəsmi nikah mərasimi keçirdik, toy məclisi isə daha sonra olacaq”.
Mənsumə
