Oğuzhan Koçdan evlilik sualına maraqlı cavab

Oğuzhan Koçdan evlilik sualına maraqlı cavab
Kateqoriya məlum deyil
T

Müğənni və aktyor Oğuzhan Koç Vadi İstanbul Açıq Hava Teatrında verdiyi konsertdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sənətçi uzun müddətdir münasibətdə olduğu aktrisa Hazal Subaşı ilə evlilik planları barədə də danışıb.

Sfera.az xəbər verir ki, konsert zamanı Oğuzhan Koçu sevgilisi Hazal Subaşı da tək buraxmayıb və ona dəstək olub.

Jurnalistlərin evliliklə bağlı sualını cavablandıran Koç zarafatla, “Bu məsələ ilə Hazal xanım məşğul olur. Qoy o cavab versin”, – deyə bildirib.

Bunun ardından Hazal Subaşı gülümsəyərək, “Çox çalışdıq. Əvvəlcə tətilə gedək, bir az dincələk. Hər şeyi o zaman planlaşdırarıq”, – sözləri ilə evliliklə bağlı sualı cavablandırıb.

Cütlüyün səmimi açıqlamaları sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Mənsumə

Sfera.az

PAYLAŞ