Əhalinin mərasim xərcləri 3 dəfə artıb - RƏQƏMLƏR

Son günlər Azərbaycan əhalisinin mərasim xidmətləri üçün çəkdiyi xərclər sürətlə artır.
Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2021-2025-ci illər ərzində əhalinin mərasim xərcləri 3 dəfə artaraq 63 milyon manata çatıb.
Qeyd edək ki, burada mərasim xərcləri dedikdə dəfn və yas mərasiminin təşkili xərcləri nəzərdə tutulur.
Beş il əvvəl əhali mərasimlər üçün 21 milyon manat pul xərcləmişdi. Bu xərclər hər il sürətlə artaraq ötən il 63 milyon manata çatıb. Yalnız 2025-ci ildə mərasim mərcləri 20 faiz artıb.
Mərasim xərclərinin artmasını adambaşına düşən xərclərdəki artımda da görmək olar. 2021-ci ildə bu xərclərin adambaşına düşən hissəsi 2,1 manat olduğu halda 2025-ci ilin sonunda adambaşına düşən xərclər 6,1 manatı ötüb.
Vasif
