Logo

Fahriye Evcen tətil fotoları ilə diqqət çəkdi

Fahriye Evcen tətil fotoları ilə diqqət çəkdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli aktrisa Fahriye Evcen sosial media hesabında ailəsi ilə birlikdə keçirdiyi yay tətilindən yeni fotolar paylaşıb. Qısa müddətdə minlərlə bəyənmə və çoxsaylı şərh toplayan paylaşımlar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Sfera.az xəbər verir ki, aktrisa hazırda həyat yoldaşı Burak Özçivit və oğulları Karan və Kərəm ilə birlikdə istirahət edir. 2017-ci ildə ailə quran məşhur cütlük yay tətilini dəniz kənarında keçirərək xoş anlarını izləyiciləri ilə bölüşüb.

Fahriye Evcen tətil fotoları ilə diqqət çəkdi

Paylaşılan fotolarda Fahriye Evcenin ailəsi, xüsusilə də oğulları ilə səmimi və qayğıkeş münasibəti diqqət çəkir.

Fahriye Evcen tətil fotoları ilə diqqət çəkdi

İzləyicilər paylaşımın altında ailəyə xoş arzularını çatdırıb və aktrisanın təbii görüntüsünü yüksək qiymətləndiriblər.

Fahriye Evcen tətil fotoları ilə diqqət çəkdi

Ağ bikini və pareo ilə kamera qarşısına keçən 40 yaşlı Fahriye Evcen fit görünüşü ilə də gündəm olub. Onun paylaşdığı fotolar qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə olunaraq minlərlə bəyənmə toplayıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR