Cennifer Lopez açıq lələkli köynəyi ilə hər kəsi təəcübləndirdi

Cennifer Lopez açıq lələkli köynəyi ilə hər kəsi təəcübləndirdi
Kateqoriya məlum deyil
T

Amerikalı superulduz Ceniffer Lopez Parisdə “Haute Couture” Moda Həftəsinin açılışınada bütün diqqətləri üzərinə cəlb edib. İlk ictimai çıxışı üçün sənətçi dərhal paparassilərin diqqətini çəkən

cəsarətli və dramatik bir kombin seçib.

Paparassilər pop ikonunu və bacısını cəsarətli “Michael Kors” geyimində maşından düşərkən çəkiblər. J’Lonun heyrətamiz kombinində ən diqqət çəkən məqamı tamamilə ağ dəvəquşu lələkləri ilə örtülmüş həcmli köynək olub. Müğənni bilərəkdən köynəyini açıq qoydu və ziddiyyətli qara alt paltarını cəsarətlə göstərib.

Sfera.az bildirir ki, Ceniffer Lopez bu cəsarətli topu “Giuseppe Zanotti” tərəfindən hazırlanmış qara Bermuda şortları və zərif açıq burunlu ayaqqabıları ilə balanslaşdırıb. Dəbdəbəli geyimi miniatür “Chanel” çantası və qiymətli daşlardan ibarət qalın qızıl zinət əşyaları ilə bəzəyib və bu da görünüşü gözəl tamamlayıb.

Qeyd edək ki, bu yaxınlarda ulduz həmçinin cəsarətli yaxalı donda iddia edilən sevgilisi ilə poza verərək yeni filmi "Ofis Romantikası"nın premyerasına qatılıb. Don ulduzun bədəninə tam oturub, bu da Lopezin köməkçilərini paltarını daim düzəltməyə məcbur edib.

Aynil

PAYLAŞ