"Bikini Qatili" parikli və bığlı halda Londonda peyda oldu - FOTOLAR
1970-ci illərdə ən azı 24 nəfəri qətlə yetirmiş, sonradan azadlığa buraxılmış serialı qatil Çarlz Sobhraj Londonda tətil edərkən görüntülənib. Sfera.az bildirir ki, 12-si turist olmaqla, 24 nəfəri öldürmüş 79 yaşlı fransız qatil “Bikini” ləqəbini qurbanlarının geyindiyi paltara görə alıb. İstintaqdan gizlənmək bacarığına görə ona “İlan” ləqəbi verilib. Ən azı 12 qətl, quldurluq və dələduzluqda günahkar bilinərək, 20 ilə yaxın həbsdə qalan qatil 2022-ci ildə Nepal həbsxanasından azad edilib.