Rusiyada qəzaya düşən üç avtomobil yandı, yeddi nəfər öldü

Rusiyada qəzaya düşən üç avtomobil yandı, yeddi nəfər öldü

Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində biri uşaq olmaqla yeddi nəfər ölüb.

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Omsk vilayəti üzrə istintaq idarəsi rəisinin böyük köməkçisi Larisa Boldinova məlumat verib.

 

Əməliyyat xidmətləri bildiriblər ki, cəsədlər avtomobillərin qalıqları sökülərkən tapılıb.

 

İstintaq Komitəsinin məlumatına görə, mikroavtobusun sürücüsü qanunsuz sərnişindaşıma ilə məşğul olub.

 

Həmçinin, qəza nəticəsində avtomobillərin alovlandığı və üç nəfərin yaralandığı qeyd olunub.

 

İstintaqın ilkin versiyasına görə, qəzaya səbəb yük maşınlarından birinin qabaq təkərinin qopması ola bilər.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...