İsrail atəşkəs danışıqlarını bərpa edəcək

İsrail atəşkəs danışıqlarını bərpa edəcək
Kateqoriya məlum deyil16.03.24, 15:3010822 👁️
T

İsrailin Mossad kəşfiyyat xidmətinin direktoru David Barnea Qətər Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir rəsmiləri ilə martın 17-də Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa edəcək.

 

Sfera.az-ın məlumatına görə, görüş Dohada baş tutacaq.

 

Müzakirələrdə İsrail və HƏMAS arasında atəşkəslə bağlı qalan fikir ayrılıqları, o cümlədən Qəzzaya humanitar yardım müqabilində potensial olaraq azad edilə biləcək israilli girovların və fələstinli məhbusların sayının dəqiqləşdirilməsi müzakirə olunacaq.

 

Qeyd edək ki, indiyədək HƏMAS tərəfindən oktyabrın 7-də qaçırılan 110 nəfər azad edilib.

PAYLAŞ
Sehliyali
Yüklənir...