Yer kürəsinin ən böyük meteoriti: Onun özəlliyi nədir?

Yer kürəsinin ən böyük meteoriti: Onun özəlliyi nədir?

Yer kürəsinin ən böyük meteoriti hesab edilən Hoba Namibiyanın paytaxtından 450 km şimalında yerləşir. Həcmi 9 m³ olan bu dəmir meteoritin Yerin səthinə eramızdan əvvəlki dövrlərdə düşdüyü ehtimal edilsə də, ilk dəfə 1920-ci ildə Namibiyada Grootfontein yaxınlığında aşkar edilib.

 

Sfera.az bildirrir ki, Ferma sahibi tərəfindən kəşf edilən meteroit məhz buna görə “West Farm”adlandırılıb. Ferma sahibinin sözlərinə görə, tarlalarından birini şumlayarkən meteoritlə qarşılaşıb. 

 

1929-cu ildə meteorit ingilis mineraloq Leonard Spenser tərəfindən tədqiq edilmişdir.

 

Hoba planetimizdəki ən böyük təbii dəmir əmələ gəlməsi və ən böyük meteorit hesab olunur. Yer atmosferinə 80 min il əvvəl düşmüşdür.


Ən maraqlısı odur ki, Yer səthinə düşdükdən sonra digər meteoritlərdə olduğu kimi nəhəng krater əmələ gətirməyib. Alimlər Hobanın Yerə nisbətən yaxın bucaq altında uçduğunu, buna görə də atmosfer tərəfindən çox yavaşladığını bildirirlər. Qeyd etdiyimiz kimi, Hoba eramızdan əvvəl Yerə düşmüşdür. Eramızdan əvvəlki dövrlərdə havada sərbəst oksigen olmadığından meteoritlər sərbəst olaraq yer səthinə gəlib düşürdülər.

 

Ən maraqlı tərəfi isə odur ki, meteoritin hər iki tərəfi düzdür və məhz bu səbəbdən bu Yerə eniş nəzəriyyəsini daha məntiqlidir. Meteroit Yerə sanki suya atılan yastı daş kimi düşüb.


Meteoritin uzunluğu 2,5 metr, çəkisi təxminən 66 tondur. Lakin eroziya və vandalizm səbəbindən meteroitin çəkisi 6 tona qədər azalıb. Demək olar ki, hər bir ziyarətçi bu meteroitdən ən azı bir parça metal tutmağa çalışır.

 

Vandalizmin qarşısını almaq üçün 1955-ci ildə Hoba Milli Abidə elan edilib. 1988-ci ildən etibarən isə Hoba hasara alınaraq, ziyarətçilər üçün ödənişli xidmət göstərir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...