Ağciyərlərində deşik əmələ gəldi -  Elektron siqaret həvəskarı başqalarına xəbərdarlıq edib

Ağciyərlərində deşik əmələ gəldi -  Elektron siqaret həvəskarı başqalarına xəbərdarlıq edib

25 yaşlı Cozef Lourens dörd il ərzində hər gün elektron siqaret çəkib. Bu yaxınlarda o, ağciyərindəki ağırlaşmalar səbəbilə xəstəxanaya düşüb. 

 

Sfera.az bildirir ki, indi gənc oğlan başqalarına elektron siqaret (veyp) aludəçiliyinin təhlükələri barədə xəbərdarlıq edir.

 

Tomoqrafiya gəncin ağciyəri ilə döş qəfəsi arasında sıxışan hava səbəbindən az qala çökdüyünü göstərib. Həkimlər ağciyərlərin düzgün genişlənə bilməməsi səbəbindən təzyiq altında olduğu qənaətinə gəliblər.

 

O, sosial şəbəkələrində digər siqaret həvəskarlarına siqareti atmaq barədə düşünməyi tövsiyə edib.

 

"Keçən gün ağciyərimdə bir deşik olduğu aşkarlandı və nəfəs ala bilmədiyim üçün təcili yardım otağına aparıldım"-deyən oğlan əlavə edib ki, xoşbəxtlikdən ölüm təhlükəsi yoxdur.

 

“Lütfən, özünüzə yaxşı baxın, buna dəyməz”-deyə o xəbərdarlıq edir.

 

Qeyd edək ki, Britaniyanın Milli Səhiyyə Xidməti elektron siqaretləri tütün məmulatlarından daha təhlükəsiz hesab etsə də, yeni araşdırmalar bu vasitələrin hələ də o qədər təhlükəsiz olmadığını göstərib.

 

Britaniyada son illər elektron siqaret çəkənlərin sayı artıb (eləcə də ölkəmizdə). Artıq 4,5 milyon insanın elektron siqaretdən istifadə etdiyi bildirilir. Xüsusilə gənc nəsillər -25 yaşdan aşağı gənclərin 15%-dən çoxu müntəzəm olaraq siqaret çəkdiyini deyir.

 

Ən dəhşətlisi isə, Britaniya Milli Səhiyyə Xidmətinin məlumatına görə, 11-15 yaş arası hər on uşaqdan biri də elektron siqaret çəkir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...