"Qərb Rusiyada prezident seçkilərini pozmaq üçün hər şeyi edir" - Zaxarova

“Moskvanın Qərb opponentləri son bir ildə Rusiyada prezident seçkilərini pozmağa fəal cəhd ediblər”.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, ölkədə prezident seçkiləri fonunda Rusiya vətəndaşlarının birliyi Qərbin qəzəbinə səbəb olur:
"Qərb kiber sferada dezinformasiya kampaniyaları aparır. Onlar həm də müxalifətdən istifadə edir. Ölkəmiz isə təhlükə qarşısında birlik nümayiş etdirir".
Qeyd edək ki, prezidentlik üçün dörd namizəd mübarizə aparır: Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov, hazırkı Prezident Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) namizədi Leonid Slutski və Rusiya Federasiyası Kommunist Partiyasının (KXCP) namizədi Nikolay Xaritonov.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri dünən başlayıb, martın 17-si isə seçkilərin son günüdür.
Firuzə Əliyeva