Qulaq asmağı və zarafat etməyi bilir - Qocalar üçün robot nəvələr satılır

Qulaq asmağı və zarafat etməyi bilir - Qocalar üçün robot nəvələr satılır

Almaniya qocalar evləri üçün robot nəvələr istehsal etməyə başlayıb. İlk modellər artıq sınaqdan keçirilir. 

 

Sfera.az bildirir ki, robotlar göz təması qura və üz ifadələrindən insan duyğularını tanıya bilir. Modellər artıq bir neçə qocalar evində sınaqdan keçirilir.
Emma adlı robot “nəvə” artıq sınaqdan keçib. Onun boyu 70 sm-dir. “Nəvə”ləri qocalar evləri üçün robotlar istehsal edən “Navel Robotics” şirkəti hazırlayıb.

 

İndi “Navel Robotics” robotları bir neçə qocalar evində sınaqdan keçiriləcək. Robot çox danışır, qocalara uşaqlarının balaca vaxtlarını xatırladır.


Belə robotun beyni süni intellektə əsaslanır: onlar hətta, zarafatlar danışa, sakinlərin həyatını dinləyə və suallar verə bilər.

 

"Sakinlərin Emma haqqında nə qədər sevincli və maraqlı olması heyrətamizdir. Çox şirindir və insanlara çox yaxşı cavablar verir. İnsanlar tez-tez onun başını sığallamaq istəyirlər"- deyə qocalar evinin direktoru Vanessa Munzenmayer bildirib.

 

“Navel Robotics” sınaqları başa vurduqdan sonra belə robotları kütləvi istehsala buraxmağı planlaşdırır. Tərtibatçılar onları cüt-cüt satmaq niyyətindədirlər. Robotlar təqribən 48 min avroya başa gələcək.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...