Xəyanət və qeyri-qanuni uşaq -  Mediada Şahzadənin yoxa çıxmasının yeni versiyaları yayıldı

Xəyanət və qeyri-qanuni uşaq -  Mediada Şahzadənin yoxa çıxmasının yeni versiyaları yayıldı

Keyt Middleton nə qədər çox ictimaiyyətə görünmürsə, fotoşop qalmaqalı nə qədər alovlanırsa, media və sosial şəbəkələrdə bir o qədər çox şayiələr və sui-qəsd nəzəriyyələri yayılır. Əvvəllər kral ailəsi pərəstişkarları Keytin əməliyyatdan sonrakı vəziyyətinin Kensinqton Sarayının dediklərindən qat-qat ağır olduğunu düşünürdülərsə, indi yeni bir sevgi şaiyələri yayılıb.

 

Sfera.az bildirir ki, Rouz və Şahzadə Uilyam arasında münasibət haqqında şayiələr hələ 2019-cu ildə ortaya çıxsa da, son hadisələrdən sonra daha çox alovlanmağa başlayıb. 

 

Fotoşopla çəkilmiş fotoda Keytin məşhur sapfir nişan üzüyünün olmamasını çoxları müşahidə edib. Məlum olduğu kimi, Şahzadə Keyt mərhum qayınanası Şahzadə Diananın bəzək əşyaları olmadan çox nadir hallarda ictimaiyyət qarşısına çıxırdı. Diananın hər hansı bir aksessuarı və ya bəzək əşyası, həmişə Keytin kombinlərinin əsas hissəsi olub. Məhz buna görə ingilislər ideal görünən Uilyam və Keyt cütlüyü arasınds hər şeyin yolunda getmədiyindən şübhələnirlər.


Artıq gələcək kralın məşuqəsi adlandırılan Rouz Hanberinin adı yenidən söz-söhbətlər fonunda üzə çıxıb.

 

Rouz Hanberi (Rose Hanbury) kimdir? 

 

İngiltərədəki aristokratik dairələrdə o, Çolmondeleyli marşı Ledi Rouz Hanberi kimi tanınır. Zadəgan ailəsi və cəmiyyətdəki nüfuzlu mövqeyinə görə uzun müddət Britaniya kral ailəsi ilə əlaqə saxlayıb.

 

Əlaqələrinin sübuta yetirilməməsinə baxmayaraq, Rouzun Uilyamla eşq macərası ilə bağlı şayiələr 2019-cu ildən bəri yayılır. İndi gələcək kralın iddia edilən xəyanəti mövzusu yenidən “söhbətə girib”.

 

Hanburilərin kral ailəsi ilə əlaqəsi necədir?

 

Sarah Rouz Hanberi 15 mart 1984-cü ildə Timoti Hanberi və Emma Lonqmanın ailəsində anadan olub. Üç uşaqdan biridir, böyük bacısı və kiçik qardaşı var.

 

Timoti və Emma hər ikisi dizaynerlər olub: Emma moda və interyer sahəsində Timoti isə, vebsayt dizaynı ilə məşğul olub.

 

Rouz Hanberi Uels şahzadələri ilə dostluq etməzdən əvvəl bu ailənin kral ailəsinin üzvləri ilə isti münasibətləri var idi. Ana tərəfdən nənəsi Ledi Elizabet Lambart 1947-ci ildə Şahzadə Filipplə toyunda Kraliça II Elizabetin gəlin rəfiqələrindən biri olub. 


Rouz Hanberi hələ Universiteti bitirmədən əvvəl, 23 yaşında ikən  model kimi fəaliyyətə başlayıb. 


Təxminən bu zaman o, hazırkı əri, Çolmondeleylinin 7-ci Markisi David George Philip Rocksavage ilə tanış olub. Cütlük 2006-cı ildə görüşməyə başlayıb. Filip Rocksavage Rouzdan 23 yaş böyük olduğu üçün bəzi söz-söhbətlər yayılıb.


Hanburi və Rocksavage 2009-cu ilin iyununda nişanlandıqlarını elan etdilər və iki gün sonra evləndilər. Cəmi bir neçə ay sonra, 2009-cu ilin oktyabrında onlar vaxtından əvvəl doğulan əkiz oğlan valideynləri oublar. Təxminən yeddi il sonra onların İris adlı bir qızı da doğulub.

 

Rouzun Uilyam və Keytlə əlaqəsi

 

 

Cütlüyün, kral Sandrinqem mülkünün düz qarşısındakı dəbdəbəli “Houghton Hall”da məskunlaşdıqdan sonra gənc kral ailəsi ilə dostluq qurduqları deyilir.

 

Middlton Sandrinqemdə Uilyamı ziyarət edərkən Hanberi ilə tez dostlaşdığı güman edilir. Daha sonra, Uilyam və Middleton 2011-ci ildə toyları oldu. Sandringham malikanəsindəki “Anmer Hall”a köçdükdə, Kembriclər və Çolmondeleylər arasında möhkəm dostluq yaranıb.


Kral cütlüyü ilə bir addımlıqda yaşamaq, bu illər ərzində bir sıra kral tədbirlərinə dəvət qazandırıb. 2016-cı ildə Şərqi İngiltərə Uşaq Hospislərinə dəstək məqsədilə “Houghton Hall”da keçirilən ziyafətdə Uill və Keyt ilə şəkil çəkdirib, 2017-ci ildə Rouz Bukingem sarayında dövlət ziyafətində Şahzadə Harrinin yanında oturarkən görüntülənib və 2022-ci ildə Şahzadə Filipin anım mərasimində və Kraliça Elizabetin dəfn mərasimində iştirak edib.

 

2023-cü ilin aprelində onların oğlu Oliverin taxtın varisi Şahzadə Corc ilə birlikdə Kral Çarlzın tacqoyma mərasimində birlikdə görüntülənib. 

 

Şayiələrin başlanğıcı

 

 

2019-cu ildə şayiələr Hanberi, Uilyam və Middleton arasında yaranan fikir ayrılığı ilə bağlı yayılmağa başladı.

 

Təxminən eyni vaxtda şahzadə ilə Hanberi arasında münasibət olduğu haqqında yazıb.  Britaniyanın bir jurnalı Uilyamın Şahzadə Luiyə hamilə ikən Keyti aldatdığını iddia edən bir xəbər dərc edib. 

 

Krallıq Keyt Middletonun yoxa çıxmasından şoka düşüb. İndi internet kəşfiyyatçıları Keytin yoxluğunun əri ilə İngiltərənin gələcək kralı Uilyam arasındakı münasibətlə əlaqəli ola biləcəyini düşünürlər.


Kensington Sarayı şayiələri təkzib etsə də, bu ay Middletonun səhhəti ilə bağlı fərziyyələr ortaya çıxdıqca, şayiələr yeni bir vüsət alıb.

 

Uilyam, Keyt və Hanbari heç vaxt mövzunu birbaşa şərh etməyiblər.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...