Çoxuşaqlı ailə istifadəyə yararsız iki avtobusu evə çevirdi - FOTO

Çoxuşaqlı ailə istifadəyə yararsız iki avtobusu evə çevirdi - FOTO

Böyük Britaniyadan olan Entoni Taylor və həyat yoldaşı Emma böyük ailələri üçün münasib qiymətə mənzil tapa bilmədiklərinə görə ikimərtəbəli iki avtobusda yaşamağa qərar veriblər.

 

Sfera.az bildirir ki, həyat hekayələrini “TikTok”da paylaşan ailə hər kəsin sevgisini qazanıb.  Ailə başçısı Entoni avtobusları hər cür şəraitlə təchiz edib, günəş panelləri, isti su və istilik üçün qazan quraşdırıb.


Taylorların beş övladı var. Bundan əlavə, ailə həkimlər tərəfindən serebral iflic diaqnozu qoyulan Entoninin bacısı 35 yaşlı Annaya da baxırlar. Bütün çətinliklərə baxmayaraq, ailə birliyi qoruyub saxlaya bilib və son dərəcə çətin görünən həyat vəziyyətindən çıxış yolu tapıblar.

 

Cütlüyün bir çox dostları və tanışları avtobusların mənzilə çevrilməsi ideyasını çox cəsarətli addım adlandırsalar da, ailə öz fikrindən dönməyib.


"İnternetdə məni buna görə təhqir edənlər də olur. Bu cür şəraitdə uşaq böyütdüyüm üçün məni axmaq adlandırılıram. Bunu həyat üçün təhlükəli və yararsız bir yer adlandırırlar, lakin başqa çıxış yolumuz yoxdur. Nə bacımı əlillər üçün mərkəzə qoymaq, nə də çoxuşaqlı olduğum üçün peşimanam”-deyə Entoni bildirir. 

 

Adam nəqliyyat vasitələrini hər cür şəraitlə təchiz etməkdə əlavə, xüsusən də salonu əlil arabasından istifadə edən Annanın ehtiyaclarına uyğunlaşdırıb.

 

Sosial xidmətlər ailəyə xüsusi qayğıya ehtiyacı olan qadının avtobusa asanlıqla minib-düşə bilməsi üçün vanna otağı, liftli xüsusi çarpayı və pandus quraşdırmağa kömək edib.

 

Cütlüyün köçmək qərarı 2019-cu ildə Antoninin anasının qəfil ölümündən sonra məcburi bir addım olub. Entoni tibb işçisi olub. O, işini atmalı və bacısının yeganə qəyyumuna çevrilməli olub.


Anasından qalan pulu miras alan Entoni pulu avtobusların yenidən qurulmasına sərf etmək qərarına gəlib. 

 

“Hər şey üçün təxminən 35.000 funt sterlinq ödəməli oldum, lakin bu mənə ev kirayələməkdən və ya öz evimi sıfırdan tikməkdən daha ucuz başa gəldi”.

 

"Avtobusları almasaydım, söküləcəkdilər, amma indi öz evimiz var. Amma əsas odur ki, hamımız bir yerdəyik"- deyə Entoni sevgi ilə paylaşır.

 

Gələcəkdə Teylorlar uşaqları və Anna üçün Şotlandiya və Disneylendə səyahət etməyi xəyal edirlər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İçki və tütün məhsullarına xərclənən pul açıqlandı

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 296.1 milyon manatlıq içki və tütün məmulatları satılıb....

Vilayət Eyvazov polislərə tələb qoydu

Daxili işlər naziri Vilayət Eyvazov polis əməkdaşlarından vətəndaş məmnunluğunun təmin edilməsi, qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. ...

Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı

Xalq artisti Niyaməddin Musayev ilk dəfə illərdir küsülü olduğu qardaşı oğlu Musa Musayevin adını çəkib.   Sfera.az xəbər verir ki, "Xəzər ...

Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu v...

London Kiyevə 5000 zenit raketi tədarük edəcək

Böyük Britaniyanın baş nazirinin müavini Ancela Reyner cümə axşamı Ukraynaya 5 mindən çox “Thales” zenit-raket kompleksinin tədarükü ilə bağlı öncəd...

Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb.   ...