İstanbul Hava Limanı Avropanın ən bahalı hava limanı adlandırıldı
İtaliyanın "Corriere della Sera" qəzetinin araşdırmasına əsasən, İstanbul Hava Limanı yemək və içki qiymətləri baxımından Avropanın ən bahalı hava limanları arasında birinci yeri tutub. Sfera.az xəbər verir ki, araşdırmaya görə, hava limanında yarım litr Evian suyu 6 avroya, kruassan və ya sendviç 16,5 avroya, kapuçino isə 9 avroya satılır. Müqayisə üçün, Berlin hava limanında suyun qiyməti 5,9 avro, Frankfurt hava limanında 4,75 avro, Londonda isə 4,5 avrodur. İstanbul Hava Limanının operatoru