Logo

Yeni İl atəşfəşanlığında 10 yaşlı qız öldü - FOTO

Yeni İl atəşfəşanlığında 10 yaşlı qız öldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da Yeni il atəşfəşanlığı zamanı faciə yaşanıb.

Sferra.az xəbər verir ki, hadisə Florida ştatının Şimal-Qərb Mayami-Dade şəhərində avtomobil parkında baş verib.

10 yaşlı Yanelis Munquia ailəsi ilə birlikdə gecə saatlarında Yeni ili qarşılayarkən atəşfəşanlıq zamanı qəfil yerə yıxılıb.

Valideynləri qaçaraq onun başının arxasından zədə aldığını görüblər. Onu xəstəxanaya aparsalar da, orada ölüb.

Qeyd olunur ki, azyaşlı qız naməlum şəxsin tüfəngdən açdığı atəş nəticəsində ölüb.

Hazırda polis araşdırma aparır.(Lent.az )

Məqaləyə dair fotomateriallar:

  • Yeni İl atəşfəşanlığında 10 yaşlı qız öldü - FOTO
  • Yeni İl atəşfəşanlığında 10 yaşlı qız öldü - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR