Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü
Dünya
23:55 / 02.01.2025
5389
Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.
Sfera.az-ın məlumatına görə, bu barədə Konqonun "Actualite" portalı xəbər yayıb.
Nəşr qeyd edib ki, hadisə zamanı ölən iki nəfərlə yanaşı, Çinin daha bir vətəndaşı yaralanıb. O, hazırda xəstəxanadadır. Onların hamısı Lomami əyalətində Çinin sürətli avtomobil yolu tikintisi ilə məşğul olan CREC 6 şirkətinin işçiləri olub.
Mütəxəssisləri qorumaq vəzifəsi daşıyan polis zabiti onlara atəş açıb. Bundan dərhal sonra yoxa çıxıb. Atəş açan şəxsin axtarışları davam etdirilir. Hakimiyyət orqanları polisin tutulması üçün xalqa müraciət edib. Onun hərəkətlərinin səbəbləri hələ açıqlanmır.