Bu ölkə 20-dən çox aviaşirkətin uçuşlarını qadağan etmək istəyir


Bu ölkə 20-dən çox aviaşirkətin uçuşlarını qadağan etmək istəyir

Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiya aviaşirkətlərinin fəaliyyətinə qadağa qoya bilər.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin İnfrastruktur və Regional İnkişaf Nazirliyi müvafiq layihənin müzakirəyə çıxarılmasını təklif edib.

 

Bildirilir ki, belə bir qərarın məqsədi milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır.

 

Siyahıya Rusiya, Ermənistan, Əfqanıstan, Qırğızıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan da daxil olmaqla 20-dən çox ölkənin aviaşirkətləri daxildir.

 


OXŞAR XƏBƏRLƏR