“Sualınız çox ağılsızcadır” - Tramp jurnalisti danladı
ABŞ Prezidenti Donald Tramp, Floridadan Vaşinqtona səfər zamanı "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamalar verib. Tramp tətbiq etdiyi gömrük vergisi qərarları ilə bağlı verdiyi bəyanatlarda, bazarlarda tariflər səbəbindən yaranan enişi “dərman” kimi qiymətləndirib. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bir jurnalistin “Bazarlarda, bir nöqtədən sonra dözə bilməyəcəyiniz bir ağrı varmı?” sualına Tramp sərt cavab verib. “Düşünürəm ki, sualınız çox ağılsızcadır. Heç bir