Tramp Çinə xəbərdarlıq etdi

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp cümə günü Truth sosial şəbəkəsində verdiyi açıqlamada Çin hakimiyyətini sərt tənqid edib.

 

Sfera.az xəbər verir ki, bildirib ki, Çin öz bazarlarını Amerika məhsullarına açmalıdır və bunun Çin üçün də faydalı olacağını deyib.

 

“Çin öz bazarını ABŞ-yə açmalıdır. Bu onun üçün çox yaxşı olacaq! Qapalı bazarlar artıq işlək deyil!” ,– Tramp bildirib.

 

O əlavə edib ki, Çin mallarına tətbiq edilən 80%-lik vergi “doğru görünür”.

 

Xatırladaq ki, Tramp daha əvvəl Çin məhsullarına tətbiq edilən 145%-lik rüsumların yüksək olduğunu etiraf etmiş və Pekinlə ticarət sazişi imzalandıqdan sonra bu tariflərin azaldılacağını bildirmişdi. Cavab olaraq, Çin də ABŞ mallarına 125% rüsum tətbiq etmişdi.

 

Trampın son açıqlamalarına cavab olaraq Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

Bəyanatda qeyd olunur ki, ticarət münaqişəsinin təşəbbüskarı Çin deyil, ABŞ olub və Vaşinqtonun Çinlə hörmət çərçivəsində danışıqlar aparmasının vacibliyi vurğulanıb.

 

ABŞ-Çin arasında ticarət gərginliyi bu açıqlamalarla bir qədər də artıb.

 

Fidan Hacızadə

Sfera.az


OXŞAR XƏBƏRLƏR