Bu da Bill Qeytsin sevgilisi - FOTO

Bu da Bill Qeytsin sevgilisi - FOTO

"Microsoft"un qurucusu, milyarder Bill Qeyts sevgilisi Paula Herd ilə birlikdə "Breakthrough Prize" mükafat mərasiminə qatılıb.

 

Sfera.az xəbər verir ki, cütlüyün fotoşəkilləri "Fairchild Media"da yayımlanıb.

 

Santa Monikada keçirilən 11-ci mükafatlandırma mərasimində iştirak edən Qeyts və Herd fotoqraflar qarşısına çıxıblar.

 

Xatırladaq ki, Qeyts ilk dəfə olaraq Paula Herd ilə münasibətlərindən fevral ayında danışıb:

 

"Mən çox şanslıyam ki, Paulam var. Biz birlikdə olanda heç vaxt cansıxıcı olmur. Olimpiya Oyunları kimi tədbirlərə gedirik və bir çox maraqlı işlər görürük" - o qeyd edib.

 

Bill Qeyts 2022-ci ildə 27 illik evlilikdən sonra Melinda Frenç Qeyts ilə boşanıb. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR