Tehran heç vaxt nüvə silahı yaratmayacaq - İran XİN

Tehran heç vaxt nüvə silahı yaratmayacaq - İran XİN

İran nüvə silahı hazırlamayacaq, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.

 

İ.Bəqai bununla iranlı deputat Məhəmməd Qasım Osmaninin Qərblə danışıqlarda "bərabərliyi" təmin etmək üçün nüvə silahı yaratmaq təklifinə şərh verib:

 

"İran heç vaxt və heç bir şəraitdə nüvə silahı yaratmaq yoluna getməyəcək. Bu, ayətullah Əli Xameneinin fətvasına əsaslanan strategiyamızın ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu məsələdə heç bir şübhə yoxdur və ola bilməz", - o brifinqdə bildirib.

 

İran İslam Respublikasında nüvə silahının hazırlanması Ə.Xameneinin 2003-cü il tarixli fərmanı ilə qadağan edilib.


OXŞAR XƏBƏRLƏR

Buraxılış imtahanında 23 nəfər 300 bal topladı - ADLAR

Martın 2-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, imtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaq...

Bakının mərkəzində qəribə qəza - “BYD” körpüdən "uçdu" - Anbaan görüntülər - YENİLƏNİB

Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, yüksək sürətl...

Bu qidalar insanı tez qocaldır - ARAŞDIRMA

Elmi araşdırmalara görə, hazır yeməklərin istehlakı insan orqanizmində bioloji qocalma prosesini sürətləndirir. Alimlər, qeyri-sağlam qidalanma vərdişlərinin hü...

Süni intellekt enerji böhranına səbəb olacaq – Hesabat

Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatına görə, süni intellekt texnologiyalarına olan qlobal marağın sürətlə artması nəticəsində məlumat mərkəzlərini...

Yamal: "Ondan üzr istədim"

"Barselona"nın vingeri Rafinya UEFA Çempionlar Liqasının pley-off mərhələsinin 1/4 final mərhələsinin Dortmund "Borussiya"sı ilə ilk oyunund...

Martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri...

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.   Bu barədə Sfera...