Tramp və Netanyahu bu gün bir araya gələcək

Tramp və Netanyahu bu gün bir araya gələcək

İsrailin baş naziri Binyamin Netanyahu yanvarın 20-də vəzifəyə gəldikdən sonra ABŞ Prezidenti Donald Trampı Ağ Evdə ikinci dəfə ziyarət edəcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İsrail baş nazirinin ofisindən verilən açıqlamada İsrail-Türkiyə əlaqələrinin də gündəmdə yer alması diqqət çəkib.
Netanyahunun verdiyi açıqlamaya görə, toplantının əsas gündəm bəndləri Tramp administrasiyasının əlavə gömrük rüsumlarının tətbiqi, Qəzzada israilli girovlar üçün razılıq əldə etmək səyləri, İsrail-Türkiyə münasibətləri, İran təhlükəsi və Beynəlxalq Cinayət Məhkəməsi ilə mübarizə olacaq.

 

İsrail mediası görüşün “tələsik” təşkil edildiyini yazsa da, Netanyahu əlavə gömrük rüsumları məsələsinin vacib olduğunu vurğulayıb.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR