Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı
Balıkesir valisi İsmail Ustaoğlu bölgədə baş verən zəlzələdən sonra açıqlama verib. Sfera.az -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, o bildirib ki, zəlzələ zamanı can itkisi qeydə alınmayıb, lakin zərər görmüş üç bina uçub. Valinin sözlərinə görə, zəlzələdə yaralanan 22 nəfərdən 4-ü xəstəxanadan evə buraxılıb, digər yaralıların isə ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Xatırladaq ki, Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, sarsıntı İstanbul, Bursa və İzmir