Logo

Tramp Tokiodan silah sifarişi alıb

Tramp Tokiodan silah sifarişi alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tokiodan böyük silah sifarişi aldığını açıqlayıb.

Sfera.az xəbər verir ki, o, bunu Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə görüşün əvvəlində bəyan edib.

“Mən bilirəm ki, siz hərbi imkanlarınızı əhəmiyyətli dərəcədə artırırsınız və biz çox böyük miqdarda hərbi texnika üçün sifariş almışıq. Bilirsiniz ki, biz dünyanın ən yaxşı hərbi texnikasını, təyyarələri, raketləri və digər sistemləri istehsal edirik”, —deyə Tramp bildirib.

“Ümid edirəm ki, bunlardan çox istifadə etmək məcburiyyətində qalmayacağıq, bəlkə də heç qalmayacağıq. Amma bu sifarişi və ticarət əlaqələrimizi yüksək qiymətləndiririk”, — deyə Amerika lideri əlavə edib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələri əvvəlkindən daha geniş olacaq: “Biz yeni və ədalətli bir ticarət sazişi imzalayırıq”.

Qeyd edək ki, Tramp hansı sazişdən bəhs etdiyini isə açıqlamayıb.

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR