Logo

Yaponiya və ABŞ saziş imzaladı

Yaponiya və ABŞ saziş imzaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında “müttəfiqliyin yeni qızıl dövrü”nə dair sazişləri, həmçinin kritik minerallar sahəsində əməkdaşlıq haqqında memorandumu imzalayıblar.

Sfera.az xəbər verir ki, imzalanma mərasimi Yaponiyanın ictimai televiziyası ilə canlı yayımlanıb. Oktyabrın 28-də Tokioda Takaiçi ilə Tramp arasında danışıqlar keçirilib. Bu, Sanae Takaiçinin oktyabrın 21-də baş nazir vəzifəsinə başladıqdan sonra ABŞ lideri ilə ilk görüşü olub.

Donald Tramp üçün isə bu səfər onun prezidentliyinin ikinci dövründə Yaponiyaya ilk rəsmi səfəridir. Qeyd edək ki, ABŞ prezidenti Yaponiyaya dörd dəfə səfər edib, sonuncu dəfə 2019-cu ildə bu ölkədə olub.

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR