Dubayda üzən muzey tikiləcək

Dubayda üzən muzey tikiləcək
Kateqoriya məlum deyil
T

Dubayda yeni memarlıq incisi – Dubay İncəsənət Muzeyi (DUMA) inşa ediləcək. Qeyd olunur ki, muzey unikal dizaynı ilə diqqət çəkərək tamamilə üzən konstruksiya üzərində qurulacaq.

 

Sfera.az xəbər verir ki, layihənin təqdimatı BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hökmdarı Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə baş tutub.

 

O, layihənin Dubayın qlobal mədəniyyət paytaxtı statusunu daha da gücləndirəcəyini bildirib. Yeni muzeyin müəllifi dünyaşöhrətli yapon memar Tadao Andodur. Layihə dəniz dalğalarından və mirvari formasından ilhamlanaraq Dubayın irsini müasir memarlıqla birləşdirir. Tikilinin beşmərtəbəli quruluşunda müxtəlif mədəni və ictimai məkanlar yer alacaq.

 

Birinci və ikinci mərtəbələrdə sərgi qalereyaları, üçüncü mərtəbədə restoran və VİP zal, zirzəmidə isə kitabxana, təhsil və tədqiqat sahələri fəaliyyət göstərəcək. Muzey yalnız sərgi məkanı kimi deyil, həm də mühazirələr, panel müzakirələri, təhsil proqramları və yaradıcılıq təşəbbüsləri üçün platforma kimi çıxış edəcək. DUMA layihəsinin beynəlxalq yaradıcı icmanı cəlb edəcəyi, yenilikçi ideyaların paylaşımına imkan yaradacağı və Dubayın yaradıcı sənətlərdə liderlik iddiasına töhfə verəcəyi gözlənilir.

 

Firuzə Əliyeva 

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR