"Bu qış Ukrayna üçün həlledici olacaq" - Almaniya XİN

"Bu qış Ukrayna üçün həlledici olacaq" - Almaniya XİN
Kateqoriya məlum deyil
T

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bəyan edib ki, qarşıdan gələn qış Ukrayna üçün həlledici mərhələ olacaq.

 

Sfera.az xəbər verir ki, onun sözlərini “BR” radiosu sitat gətirib. Nazir Brüsselə səfəri zamanı bildirib:

 

“Bu qış Kiyev üçün həlledicidir. Qərbin yardımı olmasa, Ukrayna özünü müdafiə etmək qabiliyyətini itirə bilər”.

 

Vadefulun sözlərinə görə, Almaniya bu məsələdə “xüsusi məsuliyyət” daşıyır.

 

O vurğulayıb ki, Berlin istənilən vaxt Ukraynanı dəstəkləməyə hazırdır.

 

Xatırladaq ki, 2025-ci ilin sentyabrında Vadeful Avropa ölkələrini Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü nəzərdən keçirməyə çağırıb. Almaniya hazırda Ukraynaya hərbi yardım göstərən ikinci ən böyük ölkə olaraq qalır.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR