"Kimin pulu var?"- Orban əsəbiləşidi

Kateqoriya məlum deyil
T
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) resurslarının tükəndiyini və Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukraynanın maliyyələşdirilməsi məsələsinin açıq qaldığını bildirib.
Sfera.az xəbər verir ki, oktyabrın 23-də Brüsseldə keçirilən Aİ sammitində iştirak edən Orban qeyd edib ki, icmanın hazırkı vəziyyəti ilə yaxından tanışdır.
“Mən öz gözlərimlə gördüm ki, bu gün bütün Avropa liderləri müharibə haqqında düşünür. Avropanın gücü və pulu tükənir. Əsas sual budur: müharibədən sonra Ukraynadan qalanları kim maliyyələşdirəcək? Kimin pulu var? Aİ-nin hansı ölkələrinin vətəndaşları özünü dolandıra bilməyən Ukraynaya milyardlarla avro göndərməyə hazırdır?” – deyə baş nazir “Facebook”-da yazıb.
Niyaz Hacıyev
Sfera.az






