ABŞ Yaponiyaya F-35 qırıcıları üçün raketlər tədarük edəcək

ABŞ Yaponiyaya F-35 qırıcıları üçün raketlər tədarük edəcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu həftə Yaponiya Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları üçün raketlərin ilk partiyası tədarük olunacaq.

 

Sfera.az xəbər verir, o bu barədə Kanaqava prefekturasındakı Yokosuka aviabazasında yerləşən “USS George Washington” nüvə təyyarədaşıyan gəmisinin ekipajı qarşısında çıxışı zamanı məlumat verib:

 

"Raketlərin ilk partiyasını təsdiq etməkdən məmnunam. Onlar dünyanın ən yaxşısıdır və heç kim bizim kimi raketlərə malik deyil. Hamı onları istəyir. Amma bu, Yaponiyanın Özünümüdafiə Qüvvələrinə veriləcək ilk partiyadır və bu həftə Yaponiyaya çatacaq”,- deyə Tramp qeyd edib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR