Çində ər-arvadın oxşarlığı sosial medianı qarışdırdı - FOTO

Çinin Quanqdonq əyalətinin sakinləri olan Liang Caiyu və He Xiansheng, sosial mediada “əkizlərə bənzəyən ər-arvad” kimi məşhurlaşıblar. İstifadəçilər onların oxşarlığına heyran qalıb və cütlüyün uzaq qohum ola biləcəyi ilə bağlı zarafatlı şərhlər paylaşıblar.
Sfera.az xəbər verir ki, iyirmi yaşlarında olan cütlük Dongguan şəhərində bitki mənşəli dərman mağazası işlədir. Ailələri nəsillər boyu ənənəvi Çin təbabəti ilə məşğul olsa da, onlar Douyin (“TikTok”un Çin versiyası) platformasında paylaşdıqları videolardan sonra tanınıblar.
Liang bildirib ki, ilk vaxtlar ərinin özünə bənzədiyini düşünməyib: “Amma illər keçdikcə fərqinə vardım. Biz daim bir yerdəyik – birlikdə işləyirik, yeyirik, dincəlirik. Yəqin ki, buna görə get-gedə bir-birimizə oxşamağa başlamışıq”.
Qadın ərinə videolarda oxşar paltarlar geyinməyi təklif edib və bu ideya cütlüyü qısa zamanda məşhurlaşdırıb. Təbiətən utancaq olan He Xiansheng də zamanla kameralar qarşısında açılıb, hətta bəzi zarafatlı səhnələrdə qadın geyimləri geyinib. Bu, həm onlara böyük izləyici kütləsi qazandırıb, həm də mağazalarının tanınmasına kömək edib.
Lakin məşhurluqla yanaşı, sosial şəbəkələrdə şərh fırtınası da başlayıb. İstifadəçilər zarafatla belə yazıblar:
“DNT testi edin! Bəlkə də qardaş-bacı çıxdınız!”
“Onlar sadəcə oxşar deyil, eynidirlər – hətta çənələri belə eynidir!”
Aysel








