Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata əsasən, iyulun 3-də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.