Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə bilər.

 

Xüsusilə uşaqlar, yaşlılar və açıq havada işləyən insanlar günvurma riski altındadır. Ona görə də günvurma haqqında məlumatlı olmaq, onun qarşısını almaq və vaxtında müdaxilə etmək həyati əhəmiyyət daşıyır.

 

Günvurmadan qorunmaq üçün hansı tədbirlər görülməlidir və ilk yardım necə göstərilməlidir? Günvurma riski daha çox kimlərdə müşahidə olunur? (uşaqlar, yaşlılar, xəstələr və s.)

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən həkim, professor Adil Qeybulla günvurma və istivurmanın yay fəslində ən çox rast gəlinən hal olduğunu deyib. Onun sözlərinə görə, bu vəziyyət, orqanizmdə istilik tənziminin pozulması ilə əlaqədardır:

 

 

“Belə ki, insan bədəni uzun müddət güclü günəş şüaları altında qaldıqda, ultrabənövşəyi şüalar, yerdən əks olunan istilik və digər amillərin təsiri ilə günvurma baş verə bilər. Həmçinin, ətraf mühitdə havanın həddindən artıq qızması zamanı insan uzun müddət belə şəraitdə qala bilmir. Çünki ilkin mərhələdə bədənin müdafiə mexanizmləri işə düşür. Yəni dəridə damarlar genişlənir, insan əvvəlcə tər ifrazı ilə, sonra isə tənəffüs yolları vasitəsilə artıq istiliyi xaric edir və bədənin temperaturunun yəni həyati proseslərin normal fəaliyyəti üçün zəruri olan təxminən 36-37 dərəcə istiliyin sabit saxlanılması üçün bütün resurslar səfərbər olunur. Lakin bu imkanlar müəyyən müddətdən sonra zəifləyir. Nəticədə, bədənin hərarəti yüksəlir və bu zaman istivurma əlamətləri arterial təzyiqin enməsi, huşun itirilməsi, zəiflik, ürəkbulanma, titrətmə və digər pozuntular ortaya çıxa bilər. Bu, artıq günvurma və istivurma vəziyyətinin inkişafına işarədir”.

 

Həkim insanın belə halda dərhal sərin yerə aparılmalı olduğunu vurğulayıb. A.Qeybulla qeyd edib ki, alnına nəm dəsmal qoyulmalı, bədəni soyuq su ilə silinməlidir:

 

“Təbii ki, bundan sonra mütləq həkim çağırılmalıdır ki, digər müvafiq tədbirləri həyata keçirsin. Eyni zamanda belə şəxslərə maye qəbuluna da xüsusi diqqət yetirilməlidir. Çünki bu hallarda su-duz mübadiləsi də pozulur”.

 

O əlavə edib ki, uşaqlarda günvurma və istivurma vəziyyətləri daha təhlükəlidir:

 

“Çünki uşaqların bədənində su ehtiyatı azdır və orqanizmin tarazlığı daha sürətlə pozulur. Buna görə də uşaqlara xüsusi qayğı göstərilməlidir. Onların uzun müddət gün altında, istidə qalması, maye qəbul etmədən, hərəkətsiz şəkildə isti şəraitə məruz qalması olduqca təhlükəlidir”.

 

Fidan Hacızadə

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...