Abşeron rayonunda 2 iyul – Azərbaycan Polisi Günü qeyd edilib

Abşeron rayonunda 2 iyul – Azərbaycan Polisi Günü qeyd edilib

Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, hüquq mühafizə orqanlarının, regional idarə və təşkilat rəhbərləri, şəhid ailələri, Abşeron polisinin şəxsi heyəti və rayon ictimaiyyəti iştirak edib.

 

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və xidmət zamanı həlak olmuş polislərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Azərbaycan polisinin şərəfli tarixinə və əzmkar fəaliyyətinə həsr olunmuş sənədli videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizin ictimai-siyasi həyatında sabitliyin təmin olunmasında polisin xüsusi rolunun olduğunu vurğulayan RİH başçısı bildirib ki, hava durumundan, günün saatından asılı olmayaraq asayiş keşikçiləri daima məslək başındadırlar və vətəndaşların xidmətindədirlər.

 

Azərbaycan polisinin inkişafı və bugünki nailiyyətləri məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran RİH başçısı vurğulayıb ki, Ümummilli Liderin siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis strukturuna daim diqqət və qayğı göstərib. Azərbaycan polisi hazırda güclü maddi-texniki bazaya malik olmaqla yanaşı ölkəmizdə ictimai asayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizə strukturlarından birinə çevrilib. Əldə olunan bu inkişafın nəticəsidir ki, respublikamızda kriminaloji durum nəzarət altında saxlanılır, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri həyata keçirilir.

 

Sonra Abşeron RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Elnur Rəşidov hesabat xarakterli çıxış edib. Azərbaycan polisinin şərəfli tarixindən, o cümlədən Abşeron polisinin fəaliyətindən və gördüyü işlərdən söz açıb.

 

Vətən Müharibəsi şəhidi Rəşad Mehdiyevin atası, Birinci Qarabağ Müharibəsi qazisi, keçmiş polis üzvü Rəhman Mehdiyev də çıxış edərək Azərbaycvan polisinin göstərdiyi xidmətlərdən, vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə polis nəfərlərinin göstərdiyi şücaətlərdən danışıb.

 

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub, gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

 

Daha sonra respublikamızın xalq artistlərinin və sevilən incəsənət xadimlərinin iştirakı ilə bədii hissə təqdim edilib.

 

 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...