Sitarə Hüseynova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Sitarə Hüseynova yüksək vəzifəyə TƏYİN EDİLDİ

AZCON Holding şirkətlərindən olan "Azərpoçt” MMC-nin əməkdaşı Sitarə Hüseynova "PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib.

 

Sfera.az “Qaynarinfo.az”a istinadən xəbər verir ki, Avropa poçt markalarının idarə edilməsi, onların inkişafının təmin edilməsi, eləcə də markaların Avropa ənənəsinin qorunması məqsədilə 1993-cü ildə yaradılmış "PostEurope” 1996-cı ildən etibarən Ümumdünya Poçt İttifaqının rəsmi olaraq tanınan regional poçt orqanı kimi fəaliyyət göstərir.

 

Bu orqanın digər məqsədi isə milli poçt operatorlarının poçt sektoru siyasətlərinə cavabdeh olan hökumətlərə və ya milli tənzimləyici orqanlara qarşı maraqlarını qorumaqdır.


2021-ci ildən yenilənmə və transformasiya mərhələsinə qədəm qoyan milli poçt operatoru "Azərpoçt” elə həmin ildən etibarən "PostEurope”un üzvü olub. Ötən 5 ildə "Azərpoçt”un bu qurumla sıx əməkdaşlıq ruhunda işləməsi, qurumun siyasətinə və fəaliyyətinə dəstək verməsi nəticəsində Azərbaycanın burada təmsil olunmasına qurum tərəfindən təşəbbüs göstərilib. Belə ki, "PostEurope” Direktorlar Şurasının 11 iyun 2025-ci il tarixli 139-cu iclasında "Azərpoçt”un Marka şöbəsinin müdiri Sitarə Hüseynovanın Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilməsinə qərar verilib. Qeyd edək ki, Sitarə Hüseynova bu qurumda təmsil olunan ilk azərbaycanlıdır.

 

Məhz Sitarə Hüseynovanın rəhbərliyi altında bu günə qədər Azərbaycan markalarının beynəlxalq rəsmi nömrələmə sistemində (WADP Numbering System) qeydiyyatı aparılıb, beynəlxalq rəsmi satış platforması olan "WOPA+”da yerli markaların satışı təmin olunub.
 

Bundan əlavə, artıq 5 ildir ki, "Azərpoçt” tərəfindən buraxılan markalar "PostEurope” tərəfindən hər il keçirilən Avropa Poçt Müsabiqəsində təmsil olunur. Sonuncu müsabiqə zamanı "Mavi balina” adlı Azərbaycan markası münsiflər və izləyicilər tərəfindən 3-cü yerə layiq görülüb.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...