Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Cəmiyyət
14:01 / 20.07.2025
3513
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27°, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.