Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya KİV-ləri yayıb.
Məlumata görə, məhkəmə Lalayevin barəsində ilkin olaraq seçilmiş qətimkan tədbirinin 3 günlük müddətini uzadıb. Qərara əsasən, o, 19 iyul tarixinədək istintaq təcridxanasında saxlanılacaq.
Qeyd edək ki, Lalayev iyunun 26-da, Səfərov qardaşlarına qarşı keçirilən əməliyyatlardan bir gün öncə saxlanılıb. Amma onlar eyni gündə, iyunun 29-də məhkəmə qarşısına çıxarılıb.
İbtidai istintaq orqanları Lalayevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi, 33-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edib.